AZ

Paşinyan mətbuat konfransı keçirəcək

Ermənistanın baş naziri Nikol Paşinyanın sabah, mayın 7-də mətbuat konfransı keçirəcəyi gözlənilir.

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” öz mənbələrinə istinadən məlumat yayıb.

Güman edilir ki, Paşinyanın Moskva səfərindən əvvəl deyəcəkləri var.

Baş nazirin mayın 8-də Avrasiya İqtisadi İttifaqının sammitində iştirak edək.

Nikol Paşinyanın sabahkı mətbuat konfransında əsasən Tavuş rayonunda – Azərbaycanla sərhəddə aparılan delimitasiya işləri haqda danışacağı gözlənilir.

Onun vətəndaşları delimitasiyaya qarşı çıxan etirazçıların təxribatlarına uymamağa çağıracağı da bildirilir.

Qeyd edək ki, bir neçə gündür Tavuş rayonunda “Vətən üçün Tavuş” hərəkatı adı altında etiraz aksiyaları keçirlir. Vəziyyət xüsusilə Kirants kəndində daha gərgindir. Burada kəndin ərazisinin bir hissəsinin delimitasiya nəticəsində Azərbaycanın nəzarətinə keçə biləcəyi sakinləri hiddətləndirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
50
Mənbələr
Şərh ()
Bağla