AZ

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

O, Nikol Paşinyanın Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı jurnalistlərin sualına yalnız bir sözlə cavab verib: "Xeyr".
Xatırladaq ki, Putinin andiçmə mərasimi sabah mayın 7-də keçiriləcək.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
bizim.media

3Mənbələr