AZ

AİB Azərbaycanla dayanıqlı satınalmalar çərçivəsində tikinti sektorunda əməkdaşlıqda maraqlıdır - Baş direktor müavini (FOTO) (MÜSAHİBƏ)

Tbilisi. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla dayanıqlı satınalmalarçərçivəsində tikinti sektorunda əməkdaşlıqda maraqlıdır.

Bu barədə AİB-in Tbilisidə keçirilən illik toplantılarınınkuluarında Trend-ə müsahibəsində bankın baş direktor müavini,satınalmalar, portfel və maliyyə idarəetməsi departamentininsatınalmalar üzrə baş mütəxəssisi Ceff Teylor deyib.

"Dayanıqlı satınalmalar son dərəcə geniş bir mövzudur. Burayaidarəetmə, iqtisadi, sosial və əlbəttə ki, çox vacib olan ekolojiaspektlər daxil ola bilər. AİB layihə maliyyələşdirməsi siyasətinəuyğun gələn proqramların fəaliyyəti və dəstəklənməsi üçün imkanlaraxtaracaq. Söhbət daha ekoloji binalardan, tikinti materiallarındanvə s. gedə bilər", - o deyib.

Teylorun sözlərinə görə, hər bir ölkə öz yanaşmasından istifadəedir və onların coğrafi mövqeyindən və iqtisadi şərtlərdən asılıolaraq müxtəlif prioritetlər müəyyən edir.

"Lakin fikrimcə, Azərbaycan dayanıqlı inkişaf məsələlərini millitənzimləmə və qanunvericiliyə daxil etməklə ən mühüm addımı atıb.Bu isə həm AİB-in maliyyə portfeli, həm də hökumət islahatlarınadəstək çərçivəsində ekoloji və sosial layihələri necə dəstəkləyəbiləcəyimiz nöqteyi nəzərindən gələcəyə irəliləmək üçün çox yaxşıəsas təmin edir", - AİB baş direktorunun müavini deyib.

O, daha sonra "yaşıl" sementin tərkibində ənənəvi sementləmüqayisədə aşağı tərkibdə karbon olduğunu qeyd edib.

"Bunu Hindistanda AİB-in maliyyə layihəsinin bir hissəsi kimisınaqdan keçiririk. Bu, bazarın həmin tələbə cavabverib-verməyəcyindən asılıdır. Hindistan bazarında dərin araşdırmaapardıq və belə bir nəticəyə gəldik ki, istehsalçılar cavabreaksiyası verə bildilər. Bunu dəstəkləyə biləcəyimiz sahə vəmetodlardan biri qiymətləndirmə prosesində daha ekoloji və yaekoloji cəhətdən təmiz materiallar təklif edən podratçıya üstünlükverməkdir.

Biz "yaşıl" sement nümunəsindən istifadə edirik və düşünürəm ki,tezliklə bununla bağlı müəyyən qlobal standartlar müəyyən ediləbilər", - deyə Teylor bildirib.

O, satınalmalarda karbon qazı tullantılarını azaltmaq üçün birçox imkanların olduğunu əlavə edib.

"Digər nümunə, misal üçün, enerjiyə qənaət edən nasoslar və yaLED küçə işıqlandırması ola bilər və fikrimcə, bu cür nümunələrmilli səviyyədə müəyyən edilmiş töhfələr olaraq nəzərdən keçiriləbilər. Azərbaycan proqramı üzərində dayanacağıq. Hər şeyAzərbaycanla razılaşdırılmalıdır, AİB tərəfindən zorlayeridilməməlidir. Çünki dayanıqlı inkişaf çox geniş mövzudur vəburada milli məsuliyyət olmalıdır. Lakin bizi xüsusiləmaraqlandıran sektor tikintidir. Tikinti prosesində yaranankarbonun təsirini və tulllantılarını necə azalda bilərik? Bütünmüştərilərimizlə işləməkdə xüsusən maraqlı olduğumuz daha bir sahəbunun tənzimləmə standartlara daxil edilməsi və sairədir", - odeyib.

Ceff Teylor Azərbaycanın AİB-in dəstəkləyə biləcəyinormativ-hüuqiq bazanın təmin olunması üzrə ən mühüm addımı artıqatdığını qeyd edib.

"Lakin satınalmalar prosesi nöqteyi-nəzərindən tikintimaterialları daha böyük maraq kəsb edir. Tikinti, asfalt, sement,polad, alüminiumla bağlı ağır sənayeyə nəzər salsaq, onun payınaqlobal tullantıların 30-40 faizi düşür. Bu ağır sənaye sahələrindəhər hansı, hətta kiçik azalma belə çox mühüm təsirə malikdir.

41 borcalan ölkənin hamısı üzrə diaqnostika apardıq. Normativbazanı öyrəndik və misal üçün, Azərbaycanda satınalma sistemindəislahatları aşkarladıq. Biz müştərimiz olan hər bir ölkə iləhəqiqətən dəqiq mənzərə olaraq təsvir etdiyimizi razılaşdırmaprosesindəyik. İndiyədək 41 ölkədən 10-u razılıq verib. HazırdaAzərbaycanla bunu müzakirə edə bilmirik, çünki diaqnostikamızınAzərbaycandakı cari vəziyyəti dəqiq əks etdirdiyindən əmin olmaqistəyirik ki, belə ki, Manilada yerləşirik. Diaqnozun düzgün nəticəverdiyindən əmin olmalıyıq. Beləliklə, hazırda onları razılaşdırnaprosesindəyik. Bu ilin sonunda nəticələri dərc edə biləcəyimizəümid edirik. Bu, bizə hər bir müştəri ölkə ilə işləmək üçünprioritetlərin siyahısı verəcək. Maksimum səmərəliliyi təmin etməküçün dayanıqlı satınalmalar sahəsində milli prioritetlərəuyğunluğumuz çox vacibdir", - deyə o bildirib.

Teylor AİB-in çox elementin icrasını tələb etməyəcəyini, bununişə yaramayacağını qeyd edib.

"Bunu kənardan zorla qəbul etdirmək olmaz. Lakin bu artıqdediyim kimi, "yaşıl" sement, eləcə də sosial inteqrasiya olabilər. Bunlar qadınların təchizat zəncirində iştirakını təşviqetmək üçün qiymətləndirmə və saziş imzalama mexanizmləri daxil olabilər. Bütün bunları Azərbaycanın prioritetləri müəyyənləşdirəcək.Lakin biz dayanıqlı inkişafla əlaqəli hər şeyə çox açığıq vədəstəkləyirik. Bu, riayət etməli olduğunuz hər hansı bir prosesdeyil. Biz həmçinin, bilik məhsullarının hazırlanması ilə, eləcə dəsatınalmaların dayanıqlılığını necə qiymətləndirmək, nümunələr vəmövzu ilə bağlı təqdimatlar təmin etməklə məşğul oluruq. Söhbətmaliyyələşdirilib-maliyyələşdirilməyəcəyindən asılı olmayaraq,satınalmalarda istifadə üçün potensial yararlı alətlər toplusununtəmin edilməsindən gedir", - deyə o son olaraq deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

AİB
AİB
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
1
az.trend.az

2Mənbələr