AZ

“Huşunu itirdim, Oqtayın ölümündən sonra xəbər tutdum” - Video

Xalq artisti Mehriban Zəki mərhum aktyor Oqtay Əliyevlə birgə düşdüyü avtomobil qəzasında danışıb.

Yenisabah.az xəbər verir ki, bu barədə o, qonaq olduğu “Ötən günlər” verilişində açıqlama verib:

“Bir il boyu bu barədə danışmadım. Mənə olunan bütün zənglərdən imtina etdim. Heç bir zəngə cavab vermədim və heç bir televiziyaya bu barədə danışmadım. Yəqin ki, mən də böyük bir şok keçirdim. Hər gün bunu özümdə analiz edirdim. Çox böyük xəsarət almışdım. Fikirlərim dağılmışdı. Amma o günü yadıma salanda... Avtomobil yol kənarına çıxanda başımı qaldırıb bir neçə dəfə “Oqtay” deyib, onu çağırmağa başladım. Anladım ki, Oqtay yoxdur. Heç Oqtaya baxmağa bir məqam yox idi. Sanki Oqtay susmağı ilə mənə dedi ki, heç bir problem yoxdur”.

Aktrisa bildirib ki, qəza zamanı huşunu itirib və O.Əliyevin ölümündən sonradan xəbər tutub:

“İlk zərbədə huşumu itirdim. Sonra huşum ağlıma gələndə Dilarənin səsini eşitdim. “Mehribanın üzü qandır... Oqtay, Oqtay...” Nə baş verdiyini... Dumanlı şəkildə...

Yadımda olan isə gözümü qaldırıb yerdə uzanan Oqtayı gördüm sonra yenə huşumu itirdim. Sonra hər dəfə gözümü açdıqca Dilarənin və Oqtayın vəziyyətini soruşurdum.

Mənə son ana qədər demədilər. Səhəri gün bildim ki, Oqtay dünyasını dəyişib. Artıq bu hadisənin üzərindən bir il keçib...”

Qeyd edək ki, Oqtay Əliyev 22 mart 2023-cü ildə yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

 

 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
4
yenisabah.az

10Mənbələr