AZ

İran parlamentinin üzvü Türkiyəni təhqir etdi

Türkiyədə hər kişi 15 qadınla cinsi əlaqədə olur ki, bu, Atatürkün hicab islahatının nəticəsidir.

Olaylar xəbər verir ki, bunu İsfahanın İran parlamentindəki nümayəndəsi Əmir Hüseyn Bankipur deyib.

Məcburi hicab qaydalarının tətbiqinin radikal tərəfdarı olan millət vəkili Atatürkün Türkiyəyə böyük zərbə vurduğunu iddia edib:

"Türkiyənin müsəlman ölkəsi və çox sayda gözəl, əzəmətli məscidlərinin olmasına baxmayaraq, hicab qaydalarına riayət edilməsi baxımından vəziyyət acınacaqlıdır".

Bankipur həmçinin Türkiyədə islamın təhlükədə olduğuna görə "narahatlığını" bildirib. (Axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
5
olaylar.az

6Mənbələr