Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində keçiriləcək görüşün tarixi bəlli olub.Manset.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə “X” hesabında açıqlayıb.
Məlumata görə, nazirlərin görüşü mayın 10-da baş tutacaq.