AZ

Moskva Dövlət Universitetinin Bakı Filialı magistraturaya qəbul elan edir

Bakı. Trend:

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin BakıFilialı (bundan sonra Filial)2024/2025-ci tədris ili üçün magistraturaya (rusbölməsi, əyani təhsil forması) aşağıdakı istiqamətlər üzrə qəbulelan edir:

Hazırlıq istiqamətləri və təhsilproqramları

Qəbul planı

Dövlət sifarişli yerlərin sayı

Ödənişli

yerlərin sayı

Filologiya fakültəsi

060201 Filologiya

15

11

4

Təhsil proqramı “Dilşünaslıq” (rus dili)

4

3

1

Təhsil proqramı “Ədəbiyyatşünaslıq” (rus ədəbiyyatı)

3

2

1

Təhsil proqramı “Dilşünaslıq” (fransız dili)

4

3

1

Təhsil proqramı “Dilşünaslıq” (ispan dili)

4

3

1

Tətbiqi riyaziyyat fakültəsi

060509 Kompüter elmləri (təhsil proqramı“Riyazi modelləşdirmə”)

6

5

1

Kimya fakültəsi

060504 Kimya

9

6

3

Təhsil proqramı “Üzvi kimya”

3

2

1

Təhsil proqramı “Fiziki kimya”

3

2

1

Təhsil proqramı “Neft kimyası”

3

2

1

Psixologiya fakültəsi

060209 Psixologiya

14

12

2

Təhsil proqramı “İnkişaf psixologiyası”

7

6

1

Təhsil proqramı “Sosial psixologiya”

7

6

1

İqtisadiyyat fakültəsi

060407 Menecment (təhsil proqramı “Beynəlxalqbiznes”)

12

10

2

Fizika fakültəsi

060503 Fizika

8

6

2

Təhsil proqramı “Bioloji sistemlər fizikası”

4

3

1

Təhsil proqramı “Nanohissəciklər fizikası”

4

3

1

Bundan öncə Azərbaycan Respublikası büdcəsi hesabınamagistratura səviyyəsində təhsil almayan Azərbaycan vətəndaşları vəAzərbaycan Respublikasında daimi yaşayan və əvvəllər AzərbaycanRespublikası büdcəsi hesabına magistratura səviyyəsində təhsilalmayan əcnəbilər üçün təhsil ödənişsizdir. Buşəxslər yalnız büdcə yerlərinə iddia edirlər və qəbulimtahanlarında topladıqları ballara və qəbul planına uyğun olaraqbu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər. Filialınmagistraturasına daxil olmaq istəyənlər Filialda keçiriləcək qəbulsınaqlarında iştirak etmək hüququ qazanmaq üçün AzərbaycanRespublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilənali məktəblərin magistratura səviyyəsinə qəbul imtahanlarında40 və daha artıq bal toplamalıdırlar.

Bundan öncə magistratura səviyyəsində Azərbaycan Respublikasıbüdcəsi hesabına təhsil almış Azərbaycan Respublikası vətəndaşlarıvə əvvəllər magistratura səviyyəsində Azərbaycan Respublikasıbüdcəsi hesabına təhsil almış Azərbaycan Respublikasında daimiyaşayan əcnəbilər, eləcə də vətəndaşlığı olmayan və AzərbaycanRespublikasında daimi yaşamayan əcnəbilər üçün təhsil formasıödənişlidir. Bu şəxslər yalnız ödənişli yerlərəiddia edə bilərlər, onlar qəbul imtahalarında topladıqları ballaravə qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədəiştirak edirlər və Filialın təşkil etdiyi qəbul imtahanına DİM-inkeçirdiyi test imtahanında iştirak etmədən buraxılırlar.

Əvvəllər magistratura səviyyəsində Azərbaycan Respublikasıbüdcəsi hesabına təhsil almış Azərbaycan vətəndaşları üçünmagistraturada illik təhsil haqqı 2500 AZN,Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər magistraturasəviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almışəcnəbilər üçün, həmçinin vətəndaşlığı olmayan və ya AzərbaycanRespublikasında daimi yaşayış icazəsi olmayan əcnəbilər üçün isəillik 1800 ş.v. (şərti vahid) təşkil edir.

DİM tərəfindən keçirilən imtahanlarda toplanmış ballar qəbulsınaqlarında qazanılan ballarla toplanılmır,bunlar yalnız Filialın keçirdiyi qəbul sınaqlarında iştirak hüququverir və yekun nəticəyə təsir göstərmir.

Qəbulda iştirak edən bütün şəxslər qəbul sınaqlarındatopladıqları ballar əsasında və qəbul planına uyğun olaraq, ümumimüsabiqədə iştirak edirlər.

Qəbulda iştirak edən bütün şəxslər MDU-nun Bakı filialınınfakültələrindən birinə qəbul oluna bilərlər.

“Kimya”, “Fizika” və ya “Psixologiya” istiqamətləri üzrəmagistraturaya qəbul olmaq istəyən şəxs müsabiqədə bir neçə təhsilproqramı üzrə iştirak edə bilər.

Bir neçə təhsil proqramı üzrə müsabiqədə iştirak edən şəxssənədlərini təqdim edərkən proqram siyahısını prioritet əsasındagöstərməlidir (əsas prioritet ixtisasi əvvəldə göstərilməlidir).Proqramların ardıcıllığının prioritet qaydasını dəyişmək,həmçinin ərizəyə hər hansı bir dəyişiklik etmək birinci kursa sənədqəbulunun axırıncı günündən gec olmayaraq mümkündür. Əsasprioritet təhsil proqramına müsabiqədən keçmiş şəxs digər təhsilproqramlarına olan müsabiqədən çıxır. Əsas prioritet təhsilproqramına olan müsabiqədən keçməyən şəxs göstərdiyi prioritetsiyahısına əsasən digər təhsil proqramına olan ümumi müsabiqədəiştirakına davam edir.

“Filologiya” istiqaməti üzrə magistraturaya qəbul olmaq istəyənşəxs istənilən təhsil proqramlarından birinə 1-ci kursa qəbul olmaqhaqqında ərizə verə bilər.

M.V.Lomonosov adına MDU-nun Bakı filialının magistraturapilləsinə qəbul olunmaq haqqında ərizə qəbulu 6 may – 7iyun 2024-cü il tarixlərində elektron qaydada keçiriləcək(qeydiyyat 16:00-da yekunlaşacaq). Ərizə Filialın https://msu.azsaytında və yaxud DİM-in http://dim.gov.az/ saytında doldurulabilər.

Miqrasiya xidməti tərəfindən verilmiş daimi (DYİseriyası) və ya müvəqqəti yaşayış (MYİ seriyası) icazəsi haqqındasənədləri olan xarici vətəndaşlar qeydiyyat zamanı həmin sənədinseriya və nömrəsini göstərməlidirlər. Yuxarıda göstərilən sənədləriolmayan (FİN kodu olmayan) xarici vətəndaşlar elektron qeydiyyatsistemində ümumvətəndaş (xarici) pasportunun məlumatlarınıgöstərməli və Azərbaycan Respublikası vətəndaşı olmadıqları vəAzərbaycan Respublikasında daimi yaşayış icazəsinin olmamasıhaqqında əllə yazılmış ərizə əlavə etməlidirlər.

IMTAHANIN KEÇİRİLMƏ FORMATI – ƏYANİ. İmtahan Binəqədi r-nu,Xocahəsən qəsəbəsi, Universitet küçəsi, 1 ünvanında keçiriləcəkdir.İmtahana gələn şəxs özü ilə aşağıdakı sənədlərigətirməlidir:

Şəxsiyyəti təsdiq edən sənəd; Elektron qeydiyyatsistemindən çap olunmuş şəxsi imzası olan buraxılışvərəqəsi.

Cari tədris ilinin məzunları (əgər imtahan verən şəxsMDU-nun Bakı filialının məzunu deyilsə) imtahana qədər[email protected] ünvanınauniversiteti (institutu) müvəffəqiyyətlə bitirmələrihaqqında tədris hissəsindən alınmış arayışgöndərməlidirlər.

Qəbul haqqında bütün məlumat, o cümlədən sənəd qəbulutarixləri, imtahan sınaqları müddəti, siyahılar MDU-nun Bakıfilialının saytında yerləşdirilir.

Qəbul imtahanları aşağıdakı fənlər üzrəkeçiriləcəkdir:

Fakültə, hazırlıq istiqaməti, təhsilproqramı

Qəbul imtahanı

Tarix

060201

Filologiya fakültəsi

Təhsil proqramı “Dilşünaslıq”

(rus dili)

Filologiya (yazılı)

11 iyun (10:00)

Təhsil proqramı “Ədəbiyyatşünaslıq”

(rus ədəbiyyatı)

Filologiya (yazılı)

11 iyun (10:00)

Təhsil proqramı “Dilşünaslıq”

(fransız dili)

Filologiya (yazılı)

11 iyun (10:00)

Təhsil proqramı “Dilşünaslıq”

(ispan dili)

Filologiya (yazılı)

11 iyun (10:00)

Tətbiqi riyaziyyat fakültəsi

060509

Təhsil proqramı “Riyazi modelləşdirmə”

Riyaziyyat (yazılı)

11 iyun (10:00)

Kimya fakültəsi

060504

Təhsil proqramı “Üzvi kimya”

Kimya (yazılı)

11 iyun (10:00)

Təhsil proqramı “Fiziki kimya”

Kimya (yazılı)

11 iyun (10:00)

Təhsil proqramı “Neft kimyası”

Kimya (yazılı)

11 iyun (10:00)

060209

Psixologiya fakültəsi

Təhsil proqramı “İnkişaf psixologiyası”

Psixologiya (yazılı)

11 iyun (10:00)

Təhsil proqramı “Sosial psixologiya”

Psixologiya (yazılı)

11 iyun (10:00)

İqtisadiyyat fakültəsi

060407

Təhsil proqramı “Beynəlxalq biznes”

Menecment (yazılı)

11 iyun (10:00)

İngilis dili (yazılı)

11 iyun (13:00)

Fizika fakültəsi

060503

Təhsil proqramı “Bioloji sistemlər fizikası”

Fizika (yazılı)

11 iyun (10:00)

Təhsil proqramı “Nanohissəciklər fizikası”

Fizika (yazılı)

11 iyun (10:00)

Filiala qəbul Moskva Dövlət Universitetinin rektorunun adınaverilmiş şəxsi ərizə ilə Filial tərəfindən müəyyən edilmiş müddətdəhəyata keçirilir. Magistratura proqramları üzrə təhsil üçün qəbulhaqqında şəxsi ərizəyə aşağıdakılar əlavə edilməlidir:

  • Şəxsiyyət vəsiqəsinin surəti və onun notarius tərəfindən təsdiqedilmiş rusca tərcüməsi;
  • Ali təhsil haqqında sənədin əsli və onun notarius tərəfindəntəsdiq edilmiş rusca tərcüməsi;
  • 3x4 ölçülü 4 ədəd fotoşəkil (6 aydan az müddət əvvəl çəkilmişrəngli, başıaçıq, mat kağızda);
  • Sağlamlıq haqqında arayış (forma 086) ;
  • Hərbi bilet və ya hərbi bileti olmayanlar ilkin hərbiqeydiyyata alınma haqqında vəsiqənin surəti (hərbi mükəlləfiyyətlişəxslər üçün)

Aşağıdakı məlumata diqqət yetirməyinizi xahiş edirik:

Filiala qəbul olunan şəxslər DİM siyahılarından çıxarılır vəsonradan Azərbaycan Respublikasının digər ali məktəblərinə daxilolmaq üçün müsabiqədə iştirak etmirlər. Qəbul zamanı bakalavrınşəxsi işi üçün əlavə arayışlar tələb oluna bilər. Filialda təhsilprosesi M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramlarıüzrə həyata keçirilir və tədrisdə innovasiya texnologiyaları vəmetodlarından geniş istifadə edilir. Dərslər, əsasən, M.V.Lomonosovadına MDU-nun professor-müəllim heyəti tərəfindən aparılır.Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun magistr diplomuverilir. “Beynəlxalq biznes” üzrə magistr proqramı modul xarakteridaşıyır. Bir sıra fənlər Bakıda və Moskvada tədris olunur.

E-mail: [email protected]

Əlaqə nömrələri: (+994 12) 593 93 19,(+994 10) 215 75 15 (mob)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
2
az.trend.az

3Mənbələr