AZ

Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı

"Şamaxı Şərab-2" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri İlqar Əfəndiyev vəzifəsindən azad edilir.
 
O, işdən çıxarılması ilə bağlı ərizə yazıb.
 
İdarə Heyətinin sədrinin ərizəsinə cəmiyyətin iyunun 8-də keçiriləcək növbədənkənar ümumi yığıncağında baxılacaq və qərar qəbul ediləcək. Onunla əmək müqaviləsinə xitam veriləcək.
 
Yığıncaqda həmçinin İdarə Heyətinə yeni sədr və üzvlər seçiləcək.
 
Qeyd edək ki, "Şamaxı Şərab-2" ASC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1 650 308 manatdır. ASC-nin hazırda qanuni təmsilçisi İdarə Heyətinin sədri vəzifəsində çalışan İ.Əfəndiyevdir. (İqtisadiyyat.az)
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
13
moderator.az

10Mənbələr