AZ

Gündə nə qədər kolbasa yemək olar?

“Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır”.

Demokrat.az xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib.

“Doymuş yağlar mövcud xəstəliklərdən asılı olmayaraq, bütün insanlarda gündəlik kalori qəbulunun 10%-i qədər olmalıdır. Bu, baş barmaq qalınlığında piy, kolbasa və ya yağ parçasıdır”, - Çuxaçeva bildirib.

Doymuş yağların həddindən artıq istehlakı ürək-damar xəstəliklərinin inkişafı ilə əlaqələndirilir. Onlar sağlam doymamış yağlardan (balıq və bitki yağlarından) daha yüksək ərimə dərəcələri ilə fərqlənirlər. Otaq temperaturunda doymuş yağlar bərk qalır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
13
demokrat.az

10Mənbələr