AZ

Ağrı da yoluxucu imiş...

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.

Publika.az xəbər verir ki, bunu nəticələri “Communications Psychology” (Commun. psychol.) jurnalında dərc edilmiş təcrübə ortaya çıxarıb.

Qeyri-effektiv dərman qəbul edərkən və ya prosedurlardan keçərkən özünütəlqin həqiqi yaxşılaşmaya səbəb ola bilər – bu plasebo effekti kimi tanınır. Lakin əks fenomen də mövcuddur: nosebo effekti. Bu halda insan terapiya səbəbindən vəziyyətinin pisləşməsi ilə qarşılaşa bilər. Yeni araşdırmada bu, kəmiyyətcə qiymətləndirilib.

Yeni təcrübədə sınananlara ağrıları artıra biləcək bir prosedurdan keçəcəkləri bildirilib. Dəriyə bitişik vəziyyətdə qızdırılan plitəsi olan qurğu ilə qrup “terapiyası” keçirilib: prosedur bir iştirakçıda aparılarkən, digəri onu müşahidə edib. Elm adamları boşqabın temperaturunu gizlincə artıraraq proseduru ilk şəxs üçün ağrılı edib.

Sonra prosedur digər iştirakçılara növbə ilə həyata keçirilib, hər biri əvvəlcə müşahidəçi, daha sonra isə nümayişçi olub. Plitənin qızması yalnız birinci pasiyent üçün artırılıb. Lakin plitələri qaynar olmayan iştirakçılar da prosedur zamanı ağrıları bildiriblər. Bu o deməkdir ki, onlardan yalnız birincisinin həqiqətən ağrılı prosedurdan keçməsinə baxmayaraq, ağrı ilk nümayişçidən sonuncuya qədər zəncirvari çəkildə ötürülüb.

Nəticələr onu göstərir ki, müalicə prosedurunda başqa bir insanın ağrısını müşahidə etmək müşahidəçi üçün narahatlıqla sonuclana bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
10
publika.az

10Mənbələr

Şərh ()
Bağla