AZ

Vyetnamda anomal isti hava höküm sürür

Vyetnam anomal istilərdən əziyyət çəkir.

APA xəbər verir ki, aprel ayında ölkədə yüzdən çox temperatur rekordu müşahidə edilib. Ölkədəki 102 meteoroloji stansiyadan yeddisi 43 dərəcə Selsini keçən istilik qeydə alıb. Həftə sonu 2 şəhərdə havanın temperaturu 44 dərəcə Selsini keçib.

Havanın kəskin isinməsi ölkənin mərkəzində yüz minlərlə balığın tələf olması ilə nəticələnib. Buna səbəb çay və göllərin quruması, həmçinin su ehtiyatlarının pis idarə edilməsidir.

Vyetnamla qonşu ölkələr də kəskin istilərdən əziyyət çəkir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
9
apa.az

9Mənbələr