AZ

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

Bakı. Trend:

Bakıda keçirilən Avropa Kubokunda böyük fərdi gimnastlararasında üç fərqli proqramda qaliblər müəyyənləşib.

Trend xəbər verir ki, haqla ilə hərəkətlərdə italiyalı SofiyaRaffaeli (35,050 xal) qızıl, bolqarıstanlı Boryana Kalein (33,600)gümüş, kiprli Vera Tuqolukova (33,100) isə bürünc medal qazanıblar.Azərbaycan təmsilçisi Zöhrə Ağamirova isə 31,650 xal toplayaraqsəkkizinci pillədə qərarlaşıb.

Topla çıxışda isə bolqarıstanlı Boryana Kalein (34,350) birinci,rumıniyalı Kristina Draqan (34,150) ikinci, israilli Daniela Munitz(33,850) üçüncü yeri tutublar. Bu dəfə hakimlərdən 33,350 xal alanZöhrə Ağamirova altıncı sırada yer alıb.

Gimnastımız daha sonra lentlə hərəkətlərdə bacarığını nümayişetdirib. O, 31,800 xalla dördüncü sırada qərarlaşıb. Bu proqramdaBoryana Kalein (32,950) qızıl, Vera Tuqolukova (32,350) gümüş,Sofiya Raffaeli (32,250) isə bürünc mükafata sahib olublar.

Milli Gimnastika Arenasında təşkil edilən bədii gimnastika üzrəAvropa Kubokunda 37 ölkəni təmsil edən 160 idmançı iştirak edir.Turnirə bu gün - mayın 5-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
3
az.trend.az

4Mənbələr