AZ

“Qarabağ” Nəriman Axundzadə ilə bağlı qərar verdi

\"Qarabağ” futbolçusu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib.

AZXEBER.COM xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, N.Axundzadə \"Qarabağ”ın yetirməsidir. O, 2013-2022-ci illərdə Ağdam təmsilçisinin əvəzedicilərdən ibarət komandasında oynayıb. Nəriman 2022-ci ildən \"Qarabağ”ın əsas komandasının üzvüdür. O, bu mövsüm 43 matçda meydana çıxıb, 15 qol vurub və 1 qolun ötürməsini verib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
8
azxeber.com

10Mənbələr