AZ

TƏBİB və UNICEF-in birgə təşkilatçılığı ilə ətraf mühitin uşaqların sağlamlığına təsiri mövzusunda təlimlərə yekun vurulub

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un və Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq TƏBİB və Unicef Azerbaijandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Ətraf mühitlə əlaqəli uşaq xəstəliklərinin diaqnostikası, qarşısının alınması və idarəedilməsi bacarığının təkmilləşdirilməsi" mövzusunda təlimin bağlanış mərasimi baş tutub.

 

Bu barədə Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir.

 

Ətraf mühitin və ağır metalların, hava çirklənməsinin, iqlim dəyişikliyinin, tütünçəkmənin uşaq sağlamlığına təsiri, bu təsirlərin uşaqların sağlamlıq tarixçələrinə qeyd edilməsi və s. kimi müxtəlif mövzuları əhatə edən təlimdə TƏBİB tabeli tibb müəssisələrində fəaliyyət göstərən 30 nəfər tibb işçisi iştirak edib.

 

Sonda təlim iştirakçıları sertifikatla təltif olunublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
2
aztibb.az

7Mənbələr