AZ

Hollivud ulduzu bu rollardan imtina etdi - FOTO

Hollivud ulduzu Rayan Qoslinq son vaxtlar psixoloji cəhətdən ağır personajı olan filmlər əvəzinə daha yüngül obrazları seçməyinin səbəbini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onun sözlərinə görə, rol seçərkən həmişə həyat yoldaşı, aktrisa Eva Mendes ilə məsləhətləşir, qərarı da onunla birlikdə və ailəsini düşündüyü üçün verib:

"Artıq məni qaranlığa sürükləyən rolları qəbul etmirəm. Bu məqamda evdəki vəziyyəti düşünürəm və hamımız üçün nəyin yaxşı olacağını anlamağa çalışıram. Qərarları Eva ilə birlikdə qəbul edirəm. Biz ilk növbədə ailəmizin maraqlarını nəzərə alırıq", - deyə Qoslinq bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
2
milli.az

3Mənbələr