AZ

Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı

Omskda altı yaşlı qız 13-cü mərtəbənin pəncərəsindən yıxılsa da, sağ qalıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.

Bildirilib ki, o, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edilib ki, axşam saatlarında uşağın valideynləri gəzintidən sonra velosipedlərini götürmək üçün aşağı eniblər və qız həmin vaxt yatıb. Evə qayıdan cütlük qızlarının mənzildə olmadığını öyrəniblər. Ana qızını qazonda pəncərələrin altında tapıb və dərhal təcili yardım çağırıb.

Uşaq reanimasiyaya yerləşdirilib və hazırda həkimlər onun həyatı üçün mübarizə aparırlar. Polis əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıb, prokurorluq işləri nəzarətə götürüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
8
publika.az

9Mənbələr