AZ

“Real” 36-cı çempionluğunu rəsmiləşdirdi

İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir.



Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.



“Real Sosyedad” evdə “Las Palmas”a qalib gəlib. “Malyorka”nın qonağı olan “Atletiko” da turu qələbə ilə başa vurub.



“Real” “Kadis”ə 3:0 hesabı ilə qalib gəlib və xalını 87-yə çatdırıb. Madrid təmsilçisinin ən yaxın izləyicisi “Barselona” isə “Jirona”ya məğlub olub. Bu görüşdən sonra “Real” çempionluğu rəsmiləşdirib. Karlo Ançelottinin komandası mövsümün başa çatmasına 4 tur qalmış rəqibləri üçün əlçatmaz olub. Beləliklə, “Real” tarixində 36-cı dəfə İspaniya çempionu olub. “Jirona” qələbə ilə turnir cədvəlində 74 xalla 2-ci pilləyə yüksəlib. “Barselona” isə 73 xalla 3-cü pilləyə enib.



İspaniya La Liqası34-cü tur3 may



Xetafe – Atletik 0:2Qollar: İ.Uilyams, 27; 51.



4 may



Real Sosyedad – Las Palmas 2:0Qollar: A.Suares, 33-öz qapısına. Bekker, 45+1.



Real – Kadis 3:0Qollar: B.Dias, 51. Bellingem, 68. Xoselu, 90+3.



Jirona – Barselona 4:2Qollar: Dovbik, 4. Portu, 65; 74. Qutyerres, 67 – Kristensen, 3. Levandovski, 45+1.



Malyorka – Atletiko 0:1Qol: Rikelme, 5.



5 may



16:00. Osasuna – Betis18:15. Selta – Vilyarreal20:30. Valensiya – Alaves23:00. Rayo Valyekano – Almeriya23:00. Sevilya – Qranada

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərİspaniya La Liqası

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
3
komanda.az

4Mənbələr