Göygöldə keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokunun ilk günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 7 bürünc medal əldə ediblər.
Milli.Az report.az-a istinadən xəbər verir ki, qızların yarışında 40 kq, 44 kq, 48 kq və 52 kq çəki dərəcəsində oğlanlarda isə 50 kq, 55 kq, 60 kq və -66 kq çəki dərəcələrində medalçılar bəlli olub.
Oğlanlar arasında 50 kq-da Məhəmmədəli Hüsiyev və 55 kq-da Nihad Məmişov qızıl medala sahib çıxıblar.
60 kq-da Fərid Qarayev gümüş, Özqan Quliyev bürünc medal əldə edib.
66 kq-da Ramil Mahmudov və Səlim Sultanov bürünc medala yiyələniblər.
Qızlar arasında 40 kq-da Xədicə Abdullayeva, 44 kq-da Leyla Ələkbərova, 52 kq-da Aysun Məmmədova və Səmayə Yusifli bürünc medal qazanıblar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
![](https://img.milli.az/2024/05/05/1201771_(2).jpg)
![](https://img.milli.az/2024/05/05/1201771_(3).jpg)