AZ

Azərbaycan və IOFS arasında əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)

Bakı. Trend:

4 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT)Bancul Sammitində iştirakı çərçivəsində Qida Təhlükəsizliyi üzrəİslam Təşkilatının (IOFS) baş direktoru Berek Eren ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanvə IOFS arasında əməkdaşlıq imkanları, ölkəmizin beynəlxalq yardımproqramları müzakirə edilib.

Nazir Ceyhun Bayramov ölkəmizin İƏT çərçivəsində müxtəlifsahələr üzrə ixtisaslaşmış qurumlar ilə əməkdaşlığın inkişafetdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Azərbaycanın donor dövlət kimi beynəlxalq yardım fəaliyyətibarədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov,qida təhlükəsizliyi kimi vacib bir çağırış üzrə qarşılıqlı faydalıəməkdaşlığın əhəmiyyətini qeyd edib.

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi fonunda, qida təhlükəsizliyi sahəsinin iqlim dəyişikliyiilə bağlılığını nəzərə alaraq, COP29 çərçivəsində əməkdaşlıqimkanlarının nəzərdən keçirilməsinin faydalı ola biləcəyi diqqətəçatdırılıb.

Baş direktor Berek Eren öz növbəsində Azərbaycana İƏTçərçivəsində aktiv fəaliyyət və töhfələrinə görə təşəkkür edərək,IOFS-nin missiya və proqramlarından bəhs edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan
Azərbaycan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
8
az.trend.az

6Mənbələr