AZ

"Aqrar İnnovasiya və Təchizat Şirkəti" işçi axtarır - MAAŞ 3600-4000 MANAT 

Aqrar İnnovasiya və Təchizat Şirkəti

Marketinq Şöbəsinin Müdiri
Son tarix 03 iyn 2024 - hr@aisco.az

Namizədə olan tələblər: 
Ali təhsil (marketinq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür); 
Marketinq sahəsi üzrə 5 il iş təcrübəsi(rəhbər olaraq 3 il);
Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır;
Marketinq sahəsi üzrə sertifikatların olması üstünlükdür;
MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək.
Vəzifə öhdəlikləri: 
Şirkətdə maddi vəsaitlərin (əsas vəsaitlərin və mal-material ehtiyatlarının) idarə olunması üzrə proseslərin ən yaxşı təcrübələr əsasında qurulması, tətbiqi və inkişaf etdirilməsini təmin etmək;
Şöbənin işinin təşkili və komandanın səmərəli fəaliyyətinin təmin edilməsi;
Bazar araşdırmaları və marketinq təhlili prosesinin təşkili və müvafiq qərarvermə strukturlarının vaxtlı-vaxtında zəruri məlumatlarla təmin edilməsi;
Marketinq planlaması, işlərin təşkili, nəzarət və idarəetmə;
Şirkətin kommersiya və satış strukturlarının hədəflərinə nail olması istiqamətində müvafiq marketinq kommunikasiyaları işlərinin təşkili və büdcənin idarəedilməsi;
CRM proseslərinin səmərəliliyinin təmin edilməsi.
İş şərtlərimiz:
Əmək haqqı: 3600-4000 AZN;
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq şöbəsinin Müdiri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
2
oxu24.com

3Mənbələr