Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mərakeşli həmkarı Nasser Bourita ilə görüşüb.
APA xəbər verir ki, bu barədə azərbaycanlı nazir "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Biz Azərbaycan-Mərakeş ikitərəfli əməkdaşlığı, o cümlədən ölkələrimiz arasında çoxtərəfli platformalarda qarşılıqlı dəstəyi müzakirə etdik. Mümkün yeni əməkdaşlıq sahələrinə toxunulub", - C.Bayramov bildirib.