AZ

Rüstəm Umerov istefa verib? - Rəsmi

Ukrayna Müdafiə Nazirliyi qurumun rəhbəri Rüstəm Umerovun istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Hromadske" nəşri nazirliyə istinadən məlumat yayıb.

Bildirilib ki, sosial şəbəkə istifadəçiləri Müdafiə Nazirliyinin tibbi komissiyalarının prosedurunda dəyişikliklərlə bağlı əmri nazir deyil, onun müavini İvan Qavrilyukun imzaladığını bildiriblər.

Nazirlikdən isə vurğulayıblar ki, sərəncamda nazirin imzasının olmaması onun istefası demək deyil:

"Aprelin 27-də sərəncam imzalananda Umerov ezamiyyətdə idi və bu səbəbdən onun səlahiyyətlərini birinci müavini Qavrilyuk həyata keçirirdi".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
3
milli.az

4Mənbələr