AZ

Şəkidə iki nəfər odlu silahla qətlə yetirildi - 59 yaşlı kişi saxlanıldı

Mayın 4-də saat 16 radələrində Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
228
49
qafqazinfo.az

10Mənbələr