AZ

Maradonanın övladlarından qəribə xahiş

Mərhum əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın övladları qəribə xahişlə məhkəməyə müraciət ediblər.

Arena.az “Reuters” agentliyinə istinadən məlumat verir ki, övladları atalarının cənazəsinin daha təhlükəsiz yerə köçürülməsi istəyindədirlər.

Mənbənin sözlərinə görə, Maradonanın övladları onun cənazəsinin Argentina prezidentinin rəsmi iqamətgahının arxasında yerləşən məqbərəyə köçürülməsini istəyirlər.

Hazırda əfsanəvi futbolçunun cənazəsi Buenos-Ayresin kənarında, şəxsi qəbiristanlıqda yerləşir. Bu qəbiristanlıqda mərhumu yalnız ailə üzvləri ziyarət edə bilərlər. Öz növbəsində Maradonanın cənazəsini məqbərəyə köçürməklə, Don Dieqonun övladları başqa insanlara da sevimli əfsanəvi futbolçunu yad etmək imkanı vermək istəyirlər.

Xatırladaq ki, Maradona 2020-ci ilin noyabr ayının 25-də 60 yaşında ürəktutmsından dünyasını dəyişib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
1
arena.az

4Mənbələr