AZ

"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və aktrisa Solmaz Hətəmova "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar.

Publika.az xəbər verir ki, 1964-cü ildə yayımlanan "Sehrli xalat" filminin aktyorları ekran işində necə rol aldıqlarından danışıblar.

S.Hətəmova filmdə "Zərifə" obrazına həyat verərkən 13 yaşının olduğunu deyib:

"13 yaşım var idi. 6-cı sinfi bitirirdim. Uşaqları çəkiliş üçün dəvət edirdilər. Bizim sinifdən 2 qız seçilmişdi. Məni "Zərifə" yox, "Səidə" obrazı üçün seçimlərə dəvət etmişdilər. Seçimə yüzlərlə uşaq gəlmişdi. Filmin ikinci rejissoru Əşrəf Mamayev demişdi ki, "Zərifə" rolu üçün 600-ə yaxın qız dəvət edilib. Axıra 100 qız qalmışdı. Əlisəttar Atakişiyev (filmin rejissoru - red.) məndən soruşdu ki, sən hansı rola çəkilmək istəyirsən? Cavab verdim ki, "Zərifə". Dedi rol xoşuna gəlir? Cavab verdim ki, "hə". Söylədi ki, xoşuna gəlir, çəkək.

Uşaqlarımla sərt danışanda həmişə deyirlər ki, "Zərifə, gülümsə".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
8
publika.az

8Mənbələr