AZ

Samir Abasov: “Çox planları pozmuşuq”

“Tovuz çox ağır səfərdir. İki həftə əvvəl də burada olmuşuq. Futbolçular ağır görünürdü”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXXIII turunda “Kəpəz”lə 1:1 başa çatan oyunu şərh edib: “Oyunun əvvəlində 1-2 epizod yaratdıq. Təəssüf ki, ağır hərəkət etməyimiz, gec qərarlar verməyimiz istədiyimiz kimi oynamağa imkan vermədi. Amma səfərdə 1 xal qazana bildik. Digər oyunlara yaxşı hazırlaşacağıq. Bu gün bir çox şeylər məni razı salmadı. Müdafiəçilərimiz ən pis oyunlarını keçirdilər. "Qarabağ"la matçdakı yorğunluqdan irəli gələ bilər”.

Samir Abasov komandanın çıxışından tam razı qalmayıb: Oyunun gedişatı heç üzəyimcə deyildi. Özümüz gərginlik yaradırdıq. İtirdiyimizi və ya qazandığımızı növbəti üç oyundan sonra biləcəyik. "Kəpəz" evdə oynayır, azarkeşlər öz komandalarını dəstəkləyirlər. Bunun yaxşı tərəfi də var. Bizim oyunçular da ayılırlar. Gərginliyin haradan irəli gəldiyini bilmirəm. Futbolçular udmaq istəyirdi. Rəqib futbolçuları qınaya bilmərəm. Biz çox planları pozmuşuq. Düşünürlər ki, bu imkanlarla necə olur ki, "Sumqayıt" bu yerdədir. Amma biz bu təzyiqin altından çıxmalıyıq”.

Qeyd edək ki, “Sumqayıt” 51 xalla 2-ci pillədə qərarlaşıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
7
idman.biz

8Mənbələr