AZ

Azərbaycan dəmir yolu nəqliyyatı infrastrukturu layihələri üçün vəsait cəlb etməyi planlaşdırır - Samir Şərifov

Azərbaycanın dəmir yolu nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihələri üçün vəsaitin cəlb edilməsi gözlənilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) illik toplantısı çərçivəsində jurnalistlərə Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

"Azərbaycanın Asiya İnkişaf Bankı ilə həyata keçirdiyi layihələr bir sıra sektorları əhatə edir. Bunlar həm mobillik, həm də infrastruktur layihələridir. Söhbət əsasən nəqliyyat infrastrukturundan gedir. Dəmir yolu nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsi, Azərbaycanda dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması və bu proseslərin idarə olunması üçün müəyyən layihələrə vəsait ayrılması nəzərdə gözlənilir", - deyə nazir qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
3
operativmedia.az

4Mənbələr