AZ

Premyer Liqa: “Sumqayıt” Tovuzda qələbəni 90+5-də əldən verdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 33-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, turun ilk oyunu Tovuzda keçirilib.

Turun açılış matçında “Kəpəz” “Sumqayıt”ı qəbul edib. Son turda hər iki komanda qalib gəlmişdi. Xüsusilə Sumqayıtın eyniadlı təmsilçisi uğurlu seriya sayəsində turnir cədvəlində ikinci pillədə qərarlaşmışdı. 50 xalı olan komanda mövqeyini qorumaq üçün Gəncə təmsilçisinə mütləq qalib gəlməli idi. Ötən tur elitadakı yerini təmin edən “Kəpəz” isə üst pillələrə çıxmaq üçün “Sumqayıt”la matçda xal və xallar qazanmaq arzusundaydı.

“Kəpəz”lə “Sumqayıt” daha öncə 27 oyunda qarşılaşmışdılar. Bu oyunlarda gəncəlilər 7, sumqayıtlılar 11 qələbə qazanmışdılar, 9 heç-heçə qeydə alınmışdı. “Sumqayıt” son 6 matçda qol vurmuşdu. “Kəpəz” son 5 ev oyununda qələbə qazanmamışdı.

Bu oyunda da hesabı sumqayıtlılar açıblar. Amma “Kəpəz” matçın başa çatmasına saniyələr qalmış bütün komanda ilə irəli atılaraq cavab qolunu vurmağa nail olub. Nəticədə “Sumqayıt” səfərdə çox vacib xallar itirib.

Bu gün çempionluğu daha öncə təmin etmiş “Qarabağ” əzəli rəqibi “Neftçi” ilə qarşılaşacaq. “Turan Tovuz” – “Zirə” və “Araz-Naxçıvan” – “Sabah” oyunları sabah keçiriləcək. Tura mayın 6-da keçiriləcək “Səbail” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Premyer Liqa
33-cü tur
4 may

“Kəpəz” – “Sumqayıt” 1:1
Qollar: Elçin Əlicanov, 90+5 – Cordan Rezabala, 80.
Qırmızı vərəqə: Olavale Onanuqa, 90+2. Martins Junior, 90+5.
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.
Tovuz şəhər stadionu, 16:30.

Kəpəz: 96. İqor Rodriqes, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 33. Camal Cəfərov, 26. Adama Niane, 91. Latir Fall, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov.
Baş məşqçi: Adil Şükürov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 10. Kamran Əliyev, 23. Cordan Rezabala, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
1
arena.az

6Mənbələr