AZ

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri

Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 81,7 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən beynəlxalq magistral normalarına uyğun sürətlə və uğurla davam etdirilir.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, I texniki dərəcəyə malik yolun ilk 48 kilometrliyi - 6, qalan 33,7 kilometrliyi isə 4 hərəkət zolaqdan ibarət olmaqla inşa olunur. Müvafiq olaraq yol yatağının eni 29,5 m və 21,5 m təşkil edir:

Yolun uzunluğu - 81,74 km;

Yolun texniki dərəcəsi - I;

Hərəkət zolaqlarının sayı - 4-6 ədəd;

Hərəkət zolağının eni - 3,5 m;

Torpaq yatağının eni - 21,5-29,5 m;

Hərəkət hissəsinin eni - 14-21 m;

Yol çiyinlərinin eni – 1,5-2 m;

Ayrıcı zolağın eni – 2 m.

Yol boyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1 557 metr, viadukların uzunluğu 1 965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6 450 metrə yaxındır:

- 194 müxtəlif diametrli suötürücü boru – 9 700 p/m;

- 38 yeraltı keçid - 1 520 m;

- 11 avtomobil körpüsü - 1 557 p/m;

- 7 avtomobil tuneli – 6 349,7 m sol tərəf, 6 341 m sağ tərəf;

- 9 viaduk - 1 965 m.

Layihə üzrə tikintisi nəzərdə tutulmuş 9 viadukun 8-də inşaat işləri tamamlanıb. Birinin tikintisi isə davam edir. Viadukların üçünün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib:

1-ci viaduk - 57 km-də, 185 m;

2-ci viaduk - 61,6 km-də, 250 m;

3-cü viaduk - 62,5 km-də, 295 m;

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
19
publika.az

10Mənbələr