AZ

"Boeing" kosmosa ilk astronavtlarını göndərir

Bakı. Trend:

Ən böyük təyyarə istehsalçısı “Boeing” şirkəti gələn həftəastronavtlardan ibarət ekipajla birlikdə ilk “Starliner” kosmikkapsulunu orbitə göndərməyə hazırlaşır ki, bu da ona İlon Maskın“SpaceX” kompaniyası ilə rəqabət aparmaq üçün mübarizədə qələbəqazanmaq şansı verir.

Trend “Reuters” agentliyinə istinadən xəbər verir ki, “CST-100Starliner” sınaq missiyası 1 milyard dollardan çox məsrəfdən sonraillərlə təxirə salınan bir mərhələdir.

Şirkət kosmik gəminin kosmosa adi səfərlər üçüntəsdiqlənməsindən əvvəl keçirilən son nümayişdə kommersiya ekipajıproqramı çərçivəsində iki NASA astronavtını Beynəlxalq KosmikStansiyaya (BKS) göndərəcək.

NASA son illərdə öz astronavtlarını və digər müştərilərini BKS-əvə daha iddialı “Artemida” proqramı çərçivəsində Aya və daha sonraMarsa daşıya biləcək yeni nəsil özəl kosmik gəmi layihəsinidəstəkləyib. “Starliner” isə agentliyin kommersiya məqsədlimodelinin ən son məhsuludur.

Agentliyin köməkçi inzibatçısı Cim Fri buraxılışdan əvvəlkeçirilən mətbuat konfransında jurnalistlərə deyib ki, yeni kosmikgəminin ilk ekipaj uçuşu tamamilə kritik bir mərhələdir. Onunsözlərinə görə, ekipaj üzvləri Sani Villiams və Batç Vilmorunhəyatı risk altında ola bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
9
az.trend.az

9Mənbələr