AZ

Gənc qadını bıçaqlı şəxs taksiyə mindirib qaçırdı – ANBAAN VİDEO

İstanbulda gənc qadın bıçaqlı şəxs tərəfindən zorla taksiyə mindirilərək qaçırılıb.

Milli.Az medianews.az-a istinadən bildirir ki, həmin anlar mobil telefonun kamerası ilə lentə alınıb.

Hadisə ötən cümə günü saat 16:00 radələrində Pendik Kavakpınar məhəlləsində baş verib. İddiaya görə, bıçaqlı şəxs gənc qızı küçənin ortasında zorla taksiyə mindirməyə çalışıb.

Qışqırıq səslərini eşidən məhəllə sakinlıəri küçəyə axışıb. Vətəndaşlar müdaxilə etməyə çalışsalar da, bıçaqlı şəxs gənc qızı göz yaşları içində zorla taksiyə mindirərək qaçırıb. Taksiyə minmək istəməyən gənc qızın "məni döyəcəksən, bilirəm, yalvarıram burax" deyə ağlayıb..

Həmin qorxunc anlar vətəndaşın mobil telefonunun kamerasına əks olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
3
milli.az

4Mənbələr