AZ

Peter Siyarto Makrona qarşı çıxdı

Macarıstanın xarici işlər naziri Peter Siyarto Fransa prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukraynaya potensial göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə P.Siyarto Fransanın "LCI" telekanalının efirində verdiyi açıqlamada danışıb.

O deyib: "Biz münaqişəyə yaxınıq və çox yaxşı başa düşürük ki, Qərb qoşunları Ukrayna ərazisində olarsa, müharibənin miqyası xeyli artacaq".

Eskalasiyanın çox təhlükəli olacağını deyən XİN rəhbəri vurğulayıb ki, macarlar üçüncü dünya müharibəsini istəmir.

Siyarto, həmçinin Qərbi münaqişənin sülh yolu ilə həllini axtarmağa çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
2
milli.az

3Mənbələr