AZ

AİB COP29-la əlaqədar İlham Əliyevə müraciət ünvanlayıb

Asiya İnkişaf Bankı (AİB) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyevə məktubla müraciət edib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə AİB-in Mərkəzi və Qərbi Asiya regional departamentinin baş direktoru Yevgeni Jukov brifinq zamanı deyib.

Bildirilib ki, məktubda AİB-in COP29-un keçirilməsində Azərbaycana hər cür dəstək verməyə hazır olduğu qeyd olunub.

“AİB Prezident İlham Əliyevə COP29-a dəstək təklif edən məktub yazıb. Biz artıq COP29 danışıqlarının uğurlu aparılması üçün hökumətin potensialının artırılması istiqamətində texniki yardım təşəbbüsü göstərmişik”, - deyə Yevgeni Jukov vurğulayıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
2
bizim.media

3Mənbələr