AZ

Şəkər ixracına qadağa qoyuldu

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq etməyə qərar verib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Federasiyası Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.

“Rusiyada qamış və ya çuğundur şəkəri və kimyəvi cəhətdən təmiz saxaroza ixracına müvəqqəti qadağa tətbiq edilir. Bu barədə qərar imzalanıb”, – deyə məlumatda deyilir.

Qeyd edilir ki, məhdudiyyət 2024-cü il avqustun 31-dək qüvvədə olacaq. Bu qərar daxili ərzaq bazarının sabitliyinin qorunub saxlanmasına yönəldilib. Qərar, həmçinin Avrasiya İqtisadi İttifaqı ölkələrinə aid olan bəzi istisnaları da nəzərdə tutur, onlar üçün tədarüklər müəyyən həcmdə əlçatan olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
4
publika.az

7Mənbələr