AZ

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan memarlığının incilərindən sayılan Şəkidə AzərbaycanMemarlıq və İnşaat Universiteti (AzMİU), Gənclər və İdmanNazirliyinin birgə təşkilatçılığı ilə “ArchiVision WeekEND Camp”təşkil olunub.

3-5 may tarixlərində keçiriləcən “camp”da AzMİU-nun Dizaynfakültələrində təhsil alan 90 tələbəsi Şəki şəhəri, şəhərintarixi-memarlıq abidələri ilə tanış olacaq, müxtəlif əyləncəproqramlarında iştirak edəcək, panel müzakirə və vörkşoplara(Dizayn sərgisi) qatılacaqlar.

Şəki Olimpiya İdman Kompleksində baş tutan “camp”ın ikincigünündə panel müzakirələr və vörkşop təşkil olunub.

Panel müzakirələrinin spikerləri AzMİU-nun rektoru professorGülçöhrə Məmmədova və gənclər və idman nazirinin müavini İndiraHacıyeva olub.

Gülçöhrə Məmmədova Azərbaycan memarlığı, dizayn mühitininformalaşdırılması, tarixi abidələrin mühafizəsi və digər əlaqəlimövzularla bağlı danışıb.

İndira Hacıyeva çıxışında ölkəmizdə aparılan gənclər siyasəti,bu siyasətin gənclərin fərdi və komanda şəkilində inkişafına müsbəttəsirindən danışıb.

Daha sonra Gülçöhrə Məmmədova və İndira Hacıyeva tələbələrinsuallarını cavablandırıblar.

Çıxışlardan və sualların cavablandırılmasından sonra AzMİUtələbələrinin hazırladığı dizayn layihələrinin maketlərinə baxışkeçirilib. Tələbələr rektora və nazir müavininə layihələr haqqındaməlumat veriblər.

Qeyd edək ki, “camp”ın ilk günündə iştirakçılar ümummilli liderHeydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarətedib, önünə gül dəstələri qoyublar. Daha sonra proqrama uyğunolaraq iştirakçılar üçün master-klaslar və vörkşoplar təşkilolunub. Dizayn fakültəsinin dekanı Fərid Kərimovun apardığımaster-klaslar “Bildiyimiz və Bilmədiyimiz memarlıq”, “İctimaiməkanda inklüzivlik tədbirlərinin keçirilməsi ilə müyəssər mühitmodelinin yaradılması” mövzularına, Əsmər Məmmədovanın təqdimatındavörkşoplar “Müxtəlif həndəsi fiqurlardan hazırlanmış Abstraktinstallyasiya”, “Şəhər mühitinin təşkilində iştirak edəcəkbinaların fasad görünüşlərinin maketi” mövzularına həsr olunub.

Campda, həmçinin, iştirakçılar ara fasilələr zamanı AzMİU TələbəGənclər Təşkilatının üzvləri ilə birgə tanışlıq və şəbəkələşməoyunları oynayıb, idman növləri üzrə (futbol, tenis, voleybol,üzgüçülük, stolüstü tenis) aktiv fəaliyyətlə cəlb ediliblər.

“ArchiVision
“ArchiVision
“ArchiVision
“ArchiVision
“ArchiVision
“ArchiVision
“ArchiVision
“ArchiVision
“ArchiVision
“ArchiVision
“ArchiVision
“ArchiVision
“ArchiVision
“ArchiVision
“ArchiVision
“ArchiVision
“ArchiVision
“ArchiVision
“ArchiVision
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
2
az.trend.az

7Mənbələr