AZ

Avropa Kubokunun püşkü atıldı – Göygöldə

Göygöldə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, püşkatmada Azərbaycan Cüdo Federasiyasının idman direktoru Kamran Talıbov, Avropa Cüdo Birliyinin (ACB) idman komissarı Albert Qmayner və ACB-nin hakim-komissarı Nano Karvalyo iştirak ediblər.

K.Talıbov Azərbaycanın cüdo üzrə zəngin ənənələrə malik olduğunu, artıq ikinci ildir ki, Göygöldə Avropa Kubokunun keçirildiyini qeyd edib: “Sevinirik ki, yarış Avropa təqviminə daxil edilib və yeniyetmə idmançılar belə turnirdə öz bacarıqlarını artıra bilərlər”.

A.Qmayner turnirin təşkilini yüksək qiymətləndirərək, Azərbaycanın hər zaman böyük yarışlara ev sahibliyi etməklə məşhur olduğunu qeyd edib. O, həmçinin qeyd edib ki, hər il Bakıda keçirilən “Böyük Dəbilqə” yarışlarına aparıcı cüdoçular gəlir.

N.Karvalyo qeyd edib ki, Azərbaycan cüdoçuları həmişə yüksək ustalıqları ilə seçiliblər. O, cüdoçuların maraqlı mübarizə aparacaqlarına əmin olduğunu bildirib. “Mən tatamidə çətin döyüşlər gözləyirəm. Bütün iştirakçılara uğurlar arzulayıram”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
3
publika.az

10Mənbələr