AZ

"Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər" -  Norveçi səyyah

"Biz burada minaların zərərsizləşdirilməsi prosesindən çox təsirləndik. Ərazilərin minalardan təmizlənməsi üçün müxtəlif üsullardan və avadanlıqlardan istifadə olunur. Biz burada tank əleyhinə minaların zərərsizləşdirilməsi prosesini izlədik".

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Cəbrayıl rayonunda səfərdə olan Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun üzvü Ula Yorgen Vastveit deyib.

“Bizə bu minaların necə basdırıldığı, Ermənistan ordusunun minaları basdırıb buradan çıxmaqları barədə məlumat verildi. Bu, həqiqətən də çox pis hərəkətdir. Dəqiq mina xəritələri təqdim olunmalıdır ki, Azərbaycan tərəfi minaların harada basdırıldığını bilsin. Bu addım çox sayda insanın həyatını xilas etmiş olar və minalardan təmizlənmə prosesi də sürətlənər”, – deyə səyyah bildirib.























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
1
525.az

2Mənbələr