AZ

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar (FOTO)

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilkqalibləri mükafatlandırılıblar.

Trend xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil ediləntədbirdə çoxnövçülük proqramında ilk 3 yeri tutan qrup hərəkətləriüzrə komandalara medal və hədiyyələrlə yanaşı, pul mükafatı datəqdim olunub.

Bu növdə İsrail yığması birinci, İtaliya millisi ikinci pillədəqərarlaşıb. Azərbaycanı təmsil edən Güllü Ağalarzadə, KamillaƏliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova vəZeynəb Hümmətovadan ibarət kollektiv isə bürünc medalın sahibiolub.

Birinci yerin sahibinə 5000, ikinci yeri tutana 3500, üçüncüpillədə qərarlaşan komandaya isə 2500 avro verilib.

Qaliblərə mükafatları Avropa Gimnastikasının Texniki Komitəsininprezidenti Evangeliya Trikomiti, Avropa Gimnastikasının TexnikiKomitəsinin vitse-prezidenti Yelena Aliprandi və eyni qurumun üzvüYevgeniya Vilyayeva təqdim ediblər.

Qeyd edək ki, Avropa Kubokunun ümumi mükafat məbləği 40000avrodur. Mayın 5-nə kimi davam edəcək yarışlarda 37 ölkədənümumilikdə 160 gimnast iştirak edir.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
5
az.trend.az

6Mənbələr