Şimali Atlantika Alyansının Qətiyyətli Müdafiəçi təlimləri NATO-nun Rusiya Federasiyası ilə mümkün münaqişəyə hazırlaşdığını göstərir.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Moskvanın NATO-ya üzv ölkələrə hibrid hücumlarda ittihamları ilə bağlı mediaya açıqlamasında deyib.
“Biz etiraf etməliyik ki, NATO bizimlə potensial münaqişəyə ciddi hazırlaşır”,- o vurğulayıb.
Zaxarovanın sözlərinə görə, NATO-nun yüksək rütbəli nümayəndələri və hərbi rəsmilər, o cümlədən Şimali Atlantika Alyansının hərbi komitəsinin rəhbəri, ABŞ Silahlı Qüvvələrinin Avropadakı komandanı və ABŞ-ın Ali Baş Komandanı, NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələri bu məsələ ilə bağlı açıq danışırlar.
Zaxarova Rusiyaya qarşı bütün sahələrdə və bütün coğrafi istiqamətlərdə hibrid müharibəyə başlayanın məhz NATO olduğunu vurğulayıb.