AZ

“Prezident seçilsə, Ukraynadakı müharibəni dayandıracaq”

Sabiq ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin sülh yolu ilə başa çatmasına dair detallı plan hazırlayıb, lakin onu seçkilərə qədər açıqlamayacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti siyasətçiyə yaxın mənbəyə 

"O, müharibəni dayandırmaq istəyir. Elə bu sözlər də bamperə yapışdırılacaq: "Tramp müharibəni dayandıracaq", - deyə mənbə əlavə edib.

Qeyd edək ki, burada prezidentliyə namizədlərin siyasi şüarlarının yer aldığı stikerlərdən söhbət gedir. Belə ki, həmin stikerləri tərəfdarlar öz avtomobillərinə yapışdırırlar.

Xatırladaq ki, aprelin sonlarında Tramp "Time" jurnalına bildirmişdi ki, prezident seçiləcəyi vaxtda Avropa da Ukraynaya yardım ayırmağı dayandırsa, o da yardım ayırmayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
milli.az

2Mənbələr