AZ

Yeni təhsil proqramlarının açılmasına dair ümumi tələblər müəyyənləşdi

Bakı. Trend:

Yeni təhsil proqramlarının (ixtisasların) açılmasına dair ümumitələblər müəyyənləşib.

Trend xəbər verir ki, bu, Elm və Təhsil NazirliyininKollegiyasının təsdiqlədiyi “Yeni təhsil proqramlarının(ixtisasların) açılması Qaydaları”nda əksini tapıb.

Yeni təhsil proqramının (ixtisasın) açılmasına dair ümumitələblər aşağıdakılardır:

- təhsil proqramı (ixtisas) təhsilalanlarda (tələbələrdə) müasirtələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq,informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyətqurmaq bacarığını formalaşdırmalıdır;

- təhsil proqramı (ixtisas) ölkənin inkişaf istiqamətlərinəuyğun olmalı və cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətlikadr potensialına tələbatının ödənilməsinə xidmət etməlidir;

- təhsil proqramı (ixtisas) yüksək intellektual səviyyəyə vəpraktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, rəqabətmühitində və informasiya axınında çevik istiqamət tapmaq bacarığınıformalaşdırmalıdır;

- təhsil proqramı (ixtisas) adına və təlim nəticələrinə görədigər təhsil proqramının (ixtisasın) adını və təlim nəticələrini(təhsil proqramı və fənlər/modullar üzrə təlim nəticələrinin,təhsil proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlaraayrılan kreditlərin ən azı 50 faizi fərqli olmalıdır)təkrarlamamalıdır;

- təhsil proqramının (ixtisasın) təlim nəticələrinə uyğunpeşələr üzrə peşə və kvalifikasiya standartları olmalıdır;

- təhsil müəssisəsi təhsil proqramına (ixtisasa) uyğun olaraqtədris prosesini həyata keçirmək üçün lazımi avadanlıqlarla təchizolunmuş auditoriyaya (təsnifatda mövcud olan ixtisas üzrə təhsilmüəssisəsində ilk dəfə tədrisə başlanıldığı halda - hər birtələbəyə düşən faydalı sahə 1,5 m2 və auditoriyaların sayı əyanitəhsilalma forması üzrə mövcud olan tədris qruplarının sayının 50faizdən az olmamaqla), laboratoriyalara, emalatxanalara, fənnkabinetlərinə və sair maddi-texniki bazaya və infrastruktura malikolmalıdır;

- təhsil müəssisəsinin təhsil proqramına (ixtisasa) uyğuntədris-metodiki, elmi-tədqiqat və informasiya resursları vəelmi-pedaqoji/mühəndis-pedaqoji (təsnifatda mövcud olan ixtisasüzrə təhsil müəssisəsində ilk dəfə tədrisə başlanıldığı vətəsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının adıdəyişdirilmədən məzmununun dəyişdirilməsi hallarında – ixtisasıntədris planına uyğun birinci tədris ilində əsas iş yeri üzrətədrisə cəlb olunacaq elmi-pedaqoji/mühəndis-pedaqoji heyətin ənazı 50 faizi öncədən müəyyən olunmalıdır) heyəti olmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
11
az.trend.az

10Mənbələr