AZ

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı məhsullara və sahələrdə təsir edir? – ARAŞDIRMA -VİDEO

Türkiyədə illik inflyasiya durmadan artır.

FED.az xəbər verir ki, qardaş ölkədə illik inflyasiya aprel ayında 70%-ə yüksəlib.

Bu isə Türkiyədə qiymətlərin artmasına gətirib çıxarır. Xüsusilə geyim, ayaqqabı və təhsil sektorunda ciddi bahalaşma müşahidə edilir.

İqtisadçı ekspertlər deyir ki, Türkiyədə baş verən inflyasiya onun ticarət partnyorlarına da təsirsiz ötüşmür.

Qardaş ölkə Azərbaycanın idxal və ixracında mühüm rol oynayır.

Faktiki olaraq Türkiyə Azərbaycana idxalda ilk üçlükdədir. Ekspertlər deyir ki, inflyasiya səbəbindən ötən ilin eyni ayına nisbətən ən az artım 51% ilə geyim və ayaqqabı qiymətlərində olub.

Xüsusilə bu ölkədə istehsal olunan həmin mallara Azərbaycan alıcılarının tələbatı böyükdür.

Ekspertlərin fikirincə, bahalaşma ən çox azərbaycanlı tələbələrə mənfi təsir edəcək. Belə ki, təhsil xərcləri ilə yanaşı, kirayə qiymətləri də durmadan artmaqdadır.

Bununla belə ilin ikinci yarısından başlayaraq Türkiyədə inflyasiyanın getdikcə aşağı düşəcəyi ehtimal edilir. (Xezerxeber.az)

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
10
fed.az

10Mənbələr