AZ

Azərbaycanda dövriyyədən çıxarılan narkotik vasitənin həcmi açıqlandı

2023-cü il ərzində Azərbaycanda ümumi çəkisi 4 ton 464 kiloqram müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb.

Bunu Olaylar-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.

O bildirib ki, bunlardan 2 ton 727 kiloqramı marixuana, 1 ton 308 kiloqramı heroin olub.

"Bundan başqa 385 kiloqram psixotrop maddə olan metamfetamin dövriyyədən çıxarılıb", - deyə o əlavə edib.

Qeyd edək ki, 2024-cü ilin yanvarına olan məlumata görə, Azərbaycanda 36659 narkotikdən əziyyət çəkən şəxs dispanser nəzarətindədir. Ötən il ərzində 405 nəfər müalicə üçün tibb müəssisəsinə yerləşdirilib.

Həmin şəxslərin 8458 nəfəri bir neçə növ narkotik vasitə istifadəçisidir. 36659 nəfər narkotik istifadəçisinin 802 nəfərini qadınlar təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
olaylar.az

2Mənbələr