“Report” xəbər verir ki, bu barədə o, Estoniya Müdafiə Qüvvələrinin 2023-cü il üçün illik hesabatında oxuculara müraciətində yazıb.
“Polşa və NATO-nun yeni üzvləri İsveç və Finlandiya ilə birlikdə biz əsas problemlərimizdən birini – Baltik dənizinin potensial blokadasını həll etməliyik”, – o qeyd edib.
Heremin sözlərinə görə, “Baltik dənizində gəmi əleyhinə və hava hücumundan müdafiə vasitələrinin yerləşdirilməsi” halında “təcavüzkar üçün çətin” olacaq.
Üstəlik, potensial blokada Estoniyanın xeyrinə olacaq və nəticədə müttəfiqlərindən dəniz və hava dəstəyi ala biləcək.
Bundan əlavə, Herem Estoniya Müdafiə Qüvvələrinin dəniz imkanlarında “əhəmiyyətli təkmilləşdirmə” olduğunu qeyd edib. Belə ki, hazırda ölkənin hərbi-dəniz gəmiləri gəmi əleyhinə raketlər və minalarla təchiz olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
6Mənbələr
-
demokrat.azEstoniya Baltik dənizinin mümkün blokadasına hazırlaşır ( 6070114)
-
azpolitika.infoEstoniya Baltik dənizinin mümkün blokadasına hazırlaşır ( 6067039)
-
ikisahil.azEstoniya Baltik dənizinin mümkün blokadasına hazırlaşır ( 6065449)
-
report.azEstoniya Baltik dənizinin mümkün blokadasına hazırlaşır ( 6065281)
-
hit.azEston general: "Baltik dənizinin mümkün blokadasına hazırlaşmalıyıq" ( 6058438)
-
aznews.azEstoniya Müdafiə Qüvvələrinin komandanı Baltikyanı blokadanı əsas məsələ adlandırıb ( 6056698)