AZ

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 39-a çatdı

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-a çatıb.

İnterpress.az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.

Bildirilib ki, daha 68 nəfər itkin düşüb.

Bundan əvvəl 29 nəfərin öldüyü, 60 nəfərin isə itkin düşdüyü bildirilmişdi.

Təbiət hadisəsi 32 min insanı evsiz qyub.

Ümumilikdə Rio Qrande-du-Sul ştatında 265 bələdiyyə zərər çəkib.

Xatırladaq ki, bazar ertəsi Braziliyanın cənubunda, Uruqvayla sərhəddə güclü yağışlar başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
3
interpress.az

4Mənbələr