AZ

Ukrayna ABŞ silahlarını hələ çox gözləyəcək

Ağır silahlar, hava hücumundan müdafiə sistemləri və əksər döyüş sursatları Ukraynaya yaydan tez çatdırılmayacaq.

Olaylar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms"a adı açıqlanmayan ABŞ rəsmilərindən biri deyib.

Bildirilib ki, hərbi yardımın çatdırılması aylar çəkə bilər.

Digər ABŞ rəsmisi qeyd edib ki, müttəfiqlərə NATO ehtiyatlarını tükəndirmədən Kiyevə hansı silahların verilə biləcəyini anlamaq üçün vaxt lazımdır. Söhbət "Bradley" piyada döyüş maşınları, "Humvees" və 155 mm-lik artilleriya mərmilərindən gedir. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
4
olaylar.az

4Mənbələr