AZ

“Üç ağ”dan birinə olan sevgi - Hansı duzlardan istifadə etməliyik?

“Üç ağ” - duz, şəkər, undan uzaq durun deyirlər. Lakin məhz bu məhsulların Azərbaycanda istehsal və istehlakının artmasının şahidi oluruq. Məsələn, fevral ayında açıqlanan rəqəmlərə görə, ölkədə şəkər istehsalı 25 faiz artıb. Dövlət Statistika Komitəsinin apreldə açıqladığı rəqəmlərdə isə duz istehsalının 13 faiz artdığı məlum olur. Komitənin məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında 19 min 342,6 ton duz istehsal edilib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 174,3 ton çoxdur. Hətta 2024-cü ilin 1 aprel tarixinə hazır məhsul ehtiyatı olmayıb.

Duz dağına dönən ömrümüz

Maraqlıdır, artımın səbəbi nədir? Ən əsası, dünyada əksər insanların duzdan imtina etməyə, yaxud istifadəni azaltmağa çalışdığı halda bizim duz sevgimiz nədən qaynaqlanır?

Duz sevgimiz hətta atalar sözləri, məsəllərdə də özünü büruzə verir. Məsələn, “aşın tamı duz ilə, adamı tanı söz ilə”, yaxud, “ömrün duz dağına dönsün”, - deyirik. Həmçinin atalarımız deyir ki, “adamı tanımaq üçün onunla bir pud duz yemək lazımdır”. Yəni bir adamla 16 kiloqram duz yeməliyik ki, onun necə insan olduğunu bilək.

Rəqəmlərin artmasında vergi xidmətinin rolu var

Mütəxəssislər duz istehsalının artımını ixrac və ölkədə duza olan tələbatın artması ilə əlaqələndirirlər. İqtisadçı Fuad İbrahimov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, əvvəllər duz yığımı kortəbii şəkildə baş verirdi, indi isə iqtisadi dövriyyəyə cəlb edilir, rəsmi şəkildə istehsal olunur: “Bəzi duz yataqlarından istifadə olunmurdu. İndi həmin yataqlar iqtisadi dövriyyəyə cəlb edilirlər. Bundan əlavə, əvvəlki dövrlərə nəzər salsaq, uçotun istehsal prosesindəki vəziyyəti indiki kimi deyildi. Uçot prosesi sağlamlaşır və bu da statistikada özünü göstərir. Rəqəmlərin artmasında vergi xidmətinin xüsusi rolu var”.

Mütəxəssis vurğulayır ki, duz bazarında heç vaxt defisit olmur. Tələbat nədirsə, o da istehsal edilir: “Duz istehlakı bazarı elədir ki, nə qədər lazımdırsa, o qədər istehsal olunur. İstehlakla yanaşı, nəzərə almaq lazımdır ki, idxal da edirik. Bu səbəbdən rəqəmlərin artması normaldır”.

Duz sevən xalq olsaq da...

Duz sevən xalq olsaq da, onun orqanizmə olan zərərləri danılmazdır. “Üç ağdan uzaq durun” deyimi boşuna yaranmayıb. Zərərli qidalar siyahısında duz ilk üçlükdədir. Mütəxəssislər bildirirlər ki, duz yalnız təzyiqi qaldırması ilə məşhur deyil, xüsusilə təmizlənmiş duz insan sağlamlığına ciddi təhlükə yaradır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
327
22
publika.az

10Mənbələr