AZ

Beynəlxalq səyyahlar Cəbrayıldakı Xudafərin körpüsünü ziyarət etdilər

Norveçdən olan beynəlxalq səyyahlar Cəbrayıldakı Xudafərin körpüsünü ziyarət ediblər.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, qonaqlar Araz çayının şimal və cənub sahillərini birləşdirən qədim Azərbaycan memarlıq abidəsi – Xudafərin körpüsü ilə tanış olmaq üçün Cəbrayıl şəhərinə gəliblər.

Ərazidə əcnəbi səyahətçilərə körpünün tarixi və onun Böyük İpək Yolunda vaxtilə əsas rolu haqqında məlumat verilib.

Qeyd edək ki, \"Vaqa” turist qrupunun rəhbəri Yorn Augestadın başçılığı ilə səyahətçilər Qarabağa və Şərqi Zəngəzura yollanıblar. Bu tur beynəlxalq nümayəndə heyətinin erməni işğalından azad edilmiş Azərbaycan ərazisinə onuncu səfəri olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
18
azxeber.com

10Mənbələr