Braziliyanın cənubundakı Riu-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb.“Report” xəbər verir ki, bu barədə “CNN Brasil” məlumat yayıb.
Riu-Qrandi-du-Sulda həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günədək 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. On minlərlə yerli sakin evlərini tərk edib və hazırda sığınacaqlardadır.
Portu-Aleqri ştatının paytaxtında Patus gölünün şlüzlərindən biri yarılıb və şəhərin şimalındakı əraziləri daşqın təhlükəsi ilə üz-üzə qoyub.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.