AZ

Biləsuvarda mağazalardan bıçaqlar YIĞIŞDIRILDI

Biləsuvar rayonunda kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 2 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan, ümumilikdə, 35 ədəd kəsici-deşici alət aşkar olunaraq götürülüb.

 

Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
2

1Mənbələr

Şərh ()
Bağla